"Şaxtyor"un futbolçusu da Ukrayna ordusuna qoşuldu

2 Mart 2022 20:30

Ukraynalı futbolçu Viktor Kornienko da Rusiyanın hərbi təcavüzünə qarşı sialha sarılaraq ordu sıralarına qoşulub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, "Şaxtyor"un müdafiəçisi bununla bağlı instaqram hesabında paylaşım edib. O paylaşdığı fotoya şərh olaraq ölkəsini işğalçılara qarşı qaorumaq üçün orduya kömək etdiyini yazıb:

"Mən Ukraynadayam. Rusları məhv etmək üçün Ukrayna Silahlı Qüvvələrinə kömək edirəm. Yaşasın Ukrayna!"

Milli.Az