"Dinlədiyim meyxanaçı yoxdur"- Namiq Qaraçuxurlu - VİDEO

2 Mart 2022 20:00

Meyxanaçı Namiq Qaraçuxurlu həmkarları barədə danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı "7 canlı" verilişində bildirib ki, dinlədiyi meyxanaçı yoxdur:

"Dinlədiyim meyxanaçı yoxdur. Bəyəndiyim istedadlar var. Bəlkə məndən də yaxşıdırlar. Amma indi elə bir meyxanaçı görmürəm ki, hərtərəfli olsun. Düşüncəsi, səhnəyə yaraşığı üst-üstə düşən. Öz dövrümüzdən rəhmətlik Aydın Xırdalanlı, Mehman Əhmədli idi. Aydın rəhmətə getdi, Mehman da fəaliyyətini davam etdirir. Bəziləri isə sənətdən uzaqlaşıblar".

Milli.Az