Rusiya Zaporojyedə iki yaşayış məntəqəsini ələ keçirdi

2 Mart 2022 12:12

Rusiya silahlı qüvvələri Ukraynanın Zaporojye vilayətində Tokmak və Vasilyevka yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, burada ukraynalı hərbçilər könüllü olaraq silahı yerə qoyublar: "Döyüşlərdə iştirakdan imtina barədə imza atdıqdan sonra onlar ailələrinin yanına qayıdacaqlar".

Milli.Az