Rusların 18 faizi Putinə inanmır - Müharibə onun reytinqinə necə təsir edib?

2 Mart 2022 12:18

Rusiyalıların ölkə prezidenti Vladimir Putinə etimad səviyyəsi bir həftə ərzində 71 faizə yüksəlib.

Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İctimai Rəy Fondunun (FOM) sorğusunun nəticələri sübut edir. Araşdırma Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımasından sonra fevralın 25-27-də aparılıb. O da bildirilir ki, rusların 18 faizi dövlət başçısına inanmır. Vətəndaşların 11 faizi suala cavab verməkdə çətinlik çəkib. 

Anar Əli
Milli.Az