Vilayət rəhbəri: “Gün ərzində Xarkovda 21 nəfər həlak olub”

2 Mart 2022 12:00

Xarkovun atəşə tutulması nəticəsində son 24 saat ərzində ən azı 21 nəfər ölüb, 112 nəfər isə yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şəhərin meri Oleq Sinequbov bildirib.

Rəsmilər Rusiyanın Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda yaşayış binaları və regional hökumət binası da daxil olmaqla, şəhər mərkəzini raket atəşinə tutması barəsində məlumat yayıblar.

Milli.Az