Zaur evləndiyini etiraf etdi

2 Mart 2022 17:06

Tanınmış aktyor Zaur Şəfiyevin ötən il aktrisa Dəniz Tacəddinlə gizli nikah bağlaması barədə xəbər vermişdik.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi yayılan informasiyanı paylaşımı ilə təsdiq edib. O, dondurduğu sosial media hesabını aktiv edərək ötən il fevralın 7-də Dənizlə evləndiyini bildirib.

Qeyd edək ki, cütlüyün nikahı ailə arasında olub. Onlar evləndiklərini bir il gizlədiblər.

Milli.Az