Oxşarı Namiqi məhkəmə ilə hədələdi

2 Mart 2022 15:42

Meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı onu məhkəmə ilə hədələyib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə "7 canlı" proqramında danışıb.

Namiq deyib ki, bu hadisə bir neçə il əvvəl olub:

"Bir oxşarım var idi. Elə danışırdı ki, sanki mən özümü ona oxşadıram. Arada güzgüdə baxırdım ki, bəlkə mən ona oxşayıram.  Biri də var idi, məni narahat etdi. Dedi ki, bir da onun haqqında danışsam məhkəməyə verəcək. Halbuki mən ondan danışmırdım.  Səsimiz bənzəyirdi, gedib parkda və başqa yerlərdə oxuyurdu. Deyirdilər, Namiq burda oxudu. Sonra gördüm ki, bir az bunun düşüncələri doğru deyil".

Milli.Az