“Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirik” - Ərdoğan

1 Mart 2022 23:12

"Ukraynanın Aİ-yə daxil olması üçün göstərilən səyləri yüksək qiymətləndiririk".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Amma mən Aİ üzvlərindən soruşuram: Siz niyə hələ də Türkiyəni Aİ-yə qəbul etməyə tərəddüd edirsiniz? Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı Türkiyə üçün də göstərin. Yoxsa kimsə Türkiyəyə hücum etsə Türkiyəni gündəmə gətirəcəksiniz?",- deyə dövlət başçısı bildirib.

Milli.Az