Jamala Türkiyəyə sığındı

1 Mart 2022 15:24

Ukraynanı Avroviziyada qalib edən Jamala Türkiyəyə sığınıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında məlumat yayıb. İfaçı onun üçün Ruminıya sərhədinə gələn dostlarına təşəkkür edib, hazırda İstanbulda olduğunu qeyd edib.

Xatırladaq ki, Jamala fevralın 24-də Ruminıyaya sığınmaq üçün Kiyevi ağlayaraq tərk etmişdi.  

Qeyd edək ki, Jamala "1944" mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdır.

Milli.Az