Rusiyada koronavirusdan ölənlərin sayı 352 mini ötüb

1 Mart 2022 16:00

Rusiyada son sutka ərzində daha 97 333 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 16 495 369 nəfərə çatıb.

Son sutka ərzində 786 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 352 446 nəfərə çatıb.

Milli.Az