Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

1 Mart 2022 11:58

Ukrayna Rusiyanın itkilərini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində paylaşım edilib.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 29 təyyarəsi, 29 helikopteri, 198 tankı, 846 zirehli döyüş maşını, 77 artileriya sistemi, 7 təyyarə əleyhinə döyüş sistemləri, 60 sisternası, 3 dronu, 2 gəmi/qayıq, 305 avtomobil texnikası, 24 reaktiv yaylım atəş sistemi məhv edilib.

Ukrayna Baş Qəraragahı Rusiya tərəfinin 5710 nəfər canlı qüvvəsinin itirdiyini, 200 nəfərin əsir götürüldüyünü bildirib.

Milli.Az