Xarkovun mərkəzinə raketin düşmə anı - VİDEO

1 Mart 2022 11:06

Ukraynanın Xarkov vilayətinin mərkəzi meydanında güclü partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz teleqram hesabında məlumat verib.

Raket zərbəsinin endirildiyi anın görüntülərini paylaşan DİN rəsmisi bildirib: "Xarkovda ən sevdiyim Azadlıq meydanında raketlər partlayır. Ürək parçalanır!"

Milli.Az