17 yaşlı qız “səni qaçıracağam” deyən 40 yaşlı kişini güllələdi - VİDEO

2 Mart 2022 03:22

Türkiyədə 17 yaşlı orta məktəb şagirdi A.E. "Səni qaçırıb evlənəcəm" deyərək onu narahat etdiyini iddia etdiyi Birdal Doğan adlı şəxsi tapança ilə kənd meydanında vuraraq öldürüb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bədəninin müxtəlif nahiyələrinə 4 güllə dəyən Doğan hadisə yerində dünyasını dəyişib. Polis qızı evində həbs edib.

Anar Əli
Milli.Az