“Putin, sən dünyanın ağası deyilsən” - Aybəniz Haşımova

1 Mart 2022 09:24

Əməkdar artist Aybəniz Haşımova Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar haqda danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında canlı yayım zamanı Ukraynanı dəstəklədiyini bildirib:

"Putin, yekə kişisən, yerində otur. Bunun hoqqalarının əlindən bezdik. Elə bil dünyanın ağasıdır. Sən dünyanın ağası deyilsən. Get, Rusiyanı idarə et. Görürsüz, bütün dünya onu lənətləyir".

Milli.Az