Üç ildə ikinci dəfə lotereyada 10 milyon dollar qazandı

1 Mart 2022 19:06

ABŞ sakini son üç ildə ikinci dəfə lotereyada 10 milyon dollar udub.

O, etiraf edib ki, indi bu pulu nəyə xərcləyəcəyini bilmir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nyu-York ştatından olan Xuan Hernandes fevralın sonunda "New York Lottery Deluxe" lotereyasında cekpot qazanıb.

Kişi üç il əvvəl də məhz eyni məbləğə cekpotu vursa da, uğura inanmadığını deyib.

"Mən hələ də 2019-cu ildə qazandığım pulu xərcləməyə çalışıram", - şanslı adam bəyan edib.

Milli.Az