Kiyevdə spirtli içkilərin satışına qadağa qoyulub

1 Mart 2022 08:52

Ukrayna paytaxtının meri Vitali Kliçko martın 1-dən Kiyevdə spirtli içkilərin satışına qadağa tətbiq ediləcəyini açıqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, mer mağaza və aptek sahiblərinə müraciət edib: "Vəziyyətdən istifadə edərək ərzaq, zəruri mallar və dərmanların qiymətini qaldırmayın".

Kliçko mağaza sahiblərinin və pərakəndə satış şəbəkələrinin bu cür hərəkətlərini talançılıqla müqayisə edib.

Milli.Az