"Atəşkəsin təmin olunmasının..."

28 Fevral 2022 23:54

ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu telefonla danışıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitter hesabında paylaşım edib.

"Blinkenlə Ukraynadakı son hadisələri və humanitar vəziyyəti müzakirə etdik. Atəşkəsin təmin olunmasının vacibliyini vurğuladıq", - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Milli.Az