Pentaqon: Ukraynada döyüşən Belarus qüvvələri müşahidə edilməyib

28 Fevral 2022 22:17

ABŞ Ukraynada döyüşən Belarus qüvvələrini müşahidə etməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN-ə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.

"ABŞ rəsmiləri Ukraynaya hərəkət etməyə hazır vəziyyətə gətirilən, bu ölkəyə doğru hərəkətdə olan və ya Ukraynada olan Belarus qoşunlarını müşahidə etməyib", - deyə məlumatda bildirilib.

Milli.Az