Ərdoğan: "Montrö razılaşmasının verdiyi hüquqdan istifadə edəcəyik"

28 Fevral 2022 21:48

"Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətə əsaslanaraq, bundan böhranın qarşısını alacaq şəkildə istifadə etmək qərarına gəldik".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, ölkəsi BMT, NATO, Aİ başda olmaqla, üzv olduğu qurumlarda üzərinə düşən vəzifələri yerinə yetirir və bu prosesi davam etdirir.

Milli.Az