Məşhur dərman irqçiliyi müalicə edir?

12 Mart 2012 21:24
Milli.Az "Medical Xpress"ə istinadən bildirir ki, Oksford Universitetinin professoru, psixoloq Silviya Terbekin başçılıq etdiyi qrup 36 könüllünün cəlb olunduğu sınaqların nəticələrini açıqlayıb.

Sınaqlar zamanı könüllülərdə irqi zəmində dözümsüzlüklə bağlı şisslərin aşkarlanması üçün testlər aparılıb. Testlərdən əvvəl iştirakçıların yarısına ürək-damar xəstəsi olan insanlarda nəbzin intensivliyi və təzyiqi aşağı salmaq üçün istifadə edilən propranolol, digər yarısına isə yalançı həblər verilib.

Məlum olub ki, propranolol qəbul etmiş şəxslərdə bilaixtiyar irqçi dözümsüzlük hisslərinin təzahürü aşağı düşüb.

"Deməli, irqçiliyin kökündə bəşər övladına ta qədimlərdən xas olan, bilinməyən və yad nəsnələr qarşısında keçirilən qorxu hissi durur. Yəni irqçilik hətta beynəlmiləlçi insanlarda da ola bilər", - Terbek deyib.

Milli.Az