Peşəkar boksçular Ukraynanın müdafiəsinə qoşuldular - FOTO

28 Fevral 2022 19:30

Ukraynanın məşhur boksçuları Vasili Lomaçenko və Aleksandr Usik Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxıblar.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə onların fotoları sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Vasili Lomaçenko 2006-cı il gənclər arasında Dünya çempionu, 2009 və 2010-cu illərdə ikiqat Dünya çempionu, 2008 və 2012-ci illərdə isə Olimpiya çempionu olub. Aleksandr Usik isə 2012-ci ildə Olimpiya çempionu, 2011-ci ildə Dünya çempionu, 2008-ci ildə Avropa çempionu, həvəskarlar arasında dəfələrlə Ukrayna çempionu olmuşdur. Usik həmçinin Ukraynanın əməkdar idman ustasıdır.

Milli.Az