Hülya sevgilisi olduğunu inkar etdi

1 Mart 2022 04:22

Türkiyəli aktrisa Hülya Avşar 12 ildən sonra sevgili tapması xəbərlərinə münasibət bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bir neçə gün öncə iş adamı Cemal Güzelci ilə eşq yaşaması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, Cemal Güzelci ilə yalnız dost münasibəti var:

"Çox sevdiyim dostumdur. Çox düzgün, şirin, amma hazırda yox. Mən anladım ki,  tənhalıq çox əyləncəlidir".

Milli.Az