“Məzlumlar üçün dua edəcəyəm”- Murat Boz

28 Fevral 2022 20:18

Türkiyəli populyar müğənni Murat Boz Ukrayna ilə bağlı paylaşım edib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçı instaqramda status paylaşaraq sözügedən ölkəyə dəstək olub. 

"Bu gün sülh olması, qətl edilən məsumlar və savaşın bitməsi üçün dua edəcəm. Allah məzlumların, məsumların, çarəsizlərin, Vətən torpağı işğal edilənlərin yanında olsun", - deyə Boz vurğulayıb.

Milli.Az