Məşhurlar Ukraynaya belə dəstək oldular - FOTO

28 Fevral 2022 19:12

Ötən gün "SAG Awards" ("Aktyorlar Gildiyası Mükafatı") mərasimi keçirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qırmızı xalça üzərinə çıxan dünya ulduzları yaxalarına sarı, mavi rəngli lentlər bağlayaraq Rusiyanın hərbi əməliyyatlarına məruz qalan Ukraynaya dəstək olduqlarını ifadə ediblər. Həmin məşhurlar arasında Maykl Duqlas, Con Berntal, Şari Belafonte, Tayler Perri, Liza Enn Uolter olub.

Ümumilikdə gecədə Ledi Qaqa, Selena Qomez, Uill Smit və həyat yoldaşı Cada Pinkett-Smit kimi bir çox məşhur iştirak edib.

Milli.Az