Xalq artisti vəfat etdi

28 Fevral 2022 14:52

Rusiyanın xalq artisti Boris Mixayloviç Sokolov vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə V.F.Komissarjevskaya adına Akademik Dram Teatrının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aktyor 77 yaşında Sankt-Peterburqda dünyasını dəyişib.

Qeyd edək ki, Boris karyerası ərzində film və televiziya şoularında 60-a yaxın rol canlandırıb. O, "Məzzətli xoşbəxtlik ulduzu", "İtin ürəyi" filmlərində, "Brejnev", "Ağ qvardiya", "Küçələr" seriallarında müxtəlif obrazlara həyat verib.

Milli.Az