Elza Seyidcahan: “Atam gördü ki, bizə maneə olur, götürüb pencəyini getdi” - VİDEO

28 Fevral 2022 17:18

ARB TV-nin "Söz baz" verilişinin növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.

Milli.Az xəbər verir ki, Əməkdar artist atasının evi tərk etməsindən danışıb:

"Atam bizə nə atalıq edib, nə də atasızlığı göstərib. Bəzi atalar uşaqlarına deyirlər ki, anan, nənən,baban pisdir, evdə qan-qaraçılıq salırlar. Mənim atamsa anamı heç vaxt pisləməyib. Bizə maneə olduğunu görəndə pencəyini götürüb getdi. Yeyib-içən insan idi, öz dünyası vardı".

Milli.Az