Zelenskini öldürmək üçün Kiyevə 400 muzdlu göndərilib - The Times

28 Fevral 2022 11:28

"The Times" yazır ki, Kremlin 400-dən çox rusiyalı muzdlusu Kiyevdə fəaliyyətə başlayıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Unian-ın yazdığına görə, onlara prezident Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və şəhəri Moskvanın nəzarəti altına almaq üçün zəmin hazırlamaq tapşırılıb.

Nəşrin məlumatına görə, prezident Putinin ən yaxın müttəfiqlərindən birinin idarə etdiyi ÇVK, Vaqner Qrupu beş həftə əvvəl Afrikadan muzdlu əsgərləri böyük maliyyə mükafatı müqabilində Zelenski hökumətini başsız qoymaq missiyası ilə Kiyevə göndərilib.

Milli.Az