Əməkdar artistin qızı: "Ukraynada yaşayan dayımgil üçün narahatıq"

28 Fevral 2022 17:06

Əməkdar artist Rafael İsgəndərovun qızı Gülarə İsgəndərova sosial şəbəkədə yeni paylaşım edib.

Milli.Az BAKU.WS-a istinadən xəbər verir ki, hazırda bütün dünyanın diqqət mərkəzində olan Ukraynada baş verənlərdən yazıb. İsgəndərova Ukraynada qalan dayısı və digər qohumları üçün narahat olduğunu qeyd edib:

"Bir neçə gündür orada baş verənlərlə bağlı narahatıq. Ukraynada yaşayan dayımgil, qohumlarımız eləcə də bütün azərbaycanlılarımıza Allah kömək olsun. Həmçinin Ukrayna xalqına da...".

Milli.Az