"Bərdəli Mişa" yenidən iş başında: Ukraynalılara pulsuz balıq paylandı - VİDEO

28 Fevral 2022 16:48

Ukraynanın paytaxtı Kiyevdə yaşayan həmyerlilərimiz "Mişa" ləqəbli Quluzadə Elmir Musa oğlu yenidən xeyriyyə aksiyası ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə eksklüziv görüntülər daxil olub.

Məlumata görə, Quluzadə Elmir yenidən sadə ukraynalılara təmənnasız balıq paylayıb.

Həmyerlimiz ukraynalıların çətin günündə pulsuz balıq paylayaraq bunu Azərbaycanın adından etdiyini vurğulayıb.

Milli.Az