Rusiya Ukraynadakı müharibə üçün 100 min əsgər cəlb edib. Bununla belə, ehtiyatda hələ də hərbçilər var.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinin sözlərinə görə, hazırda Rusiyanın ehtiyatında 50 minə yaxın hərbi qulluqçu qalır. Pentaqonda bu rəqəm "əhəmiyyətli"hesab edir.
ABŞ Müdafiə Nazirliyi müharibə ilə bağlı logistik, o cümlədən yanacağın çatdırılması ilə bağlı problemləri də qeyd edir. Bunu böyük şəhərlərə - Kiyev və Xarkova hücum cəhdləri zamanı görmək olar.
Milli.Az