ABŞ-dan şok çağırış: Rusiyanı dərhal tərk edin! - Nüvə müharibəsi başlayacaq?

28 Fevral 2022 09:57

ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etmək barədə düşünməyə çağırır, hələlik kommersiya çıxışı variantları mövcuddur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytı məlumat yayıb.

"Daha çox aviaşirkət Rusiyaya və Rusiyadan reysləri ləğv edir və bir çox ölkələr öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlayıb. ABŞ vətəndaşları hazırda mövcud olan kommersiya variantları vasitəsilə Rusiyanı dərhal tərk etməyi düşünməlidirlər", - müraciətin mətnində deyilir.

Səfirlik xatırladıb ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib. 

Ekspertlər bu çağırışı Rusiya-NATO müharibəsinin anonsu kimi yozurlar. 

Milli.Az