Ukraynaya gəldi, əsir düşdü - Rus əsgərlərinin görüntüləri dünyanı heyrətə saldı - VİDEO - FOTO

1 Mart 2022 00:22

Ukraynanın paytaxtı Kiyev və onun ətrafında toqquşmalar davam edir. Ukrayna ordusu və xalqı müqavimət göstərməkdə davam edir.

Milli.Az xəbər verir ki, Ukraynanın Ankaradakı səfirliyi əsir düşən rus əsgərinin görüntülərini paylaşıb. Tankın da məhv edildiyi qarşıdurmada əsir düşən və diz çökən rus əsgərinin səhhətinin yaxşı olduğu, əsgərlərin əllərinin arxadan bağlandığı və onların linzalarda əks olunduğu qeyd edilib.

Anar Əli
Milli.Az