Latviya Baskovun ölkəyə girişinə qadağa qoydu

28 Fevral 2022 09:30

Latviyanın Xarici İşlər Nazirliyi Rusiyanın və Ukraynanın Xalq artisti Nikolay Baskovu "qara siyahı"ya atıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə Baskovun Rusiyanın Ukraynaya hücumunu dəstəkləməsi olub. 

Bu haqda departamentin rəhbəri Edqars Rinkeviç tvitter hesabında paylaşıb. Bundan sonra müğənni müəyyən vaxta qədər Latviyaya girə bilməyəcək.

Milli.Az