Ukraynada olan Azərbaycan vətəndaşlarının bir qismi Bakıya qayıdıb - VİDEO - FOTO

28 Fevral 2022 07:39

Ukranyadakı vəziyyətlə əlaqədar Ruminiyaya keçən vətəndaşlarımızın bir qismini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Milli.Az APA-ya istinadən bildirir ki, vətəndaşlarımız Bakıya çatıb.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün fevralın 28-də tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulmuşdu.

Milli.Az