Zelenski: "Növbəti 24 saat Ukrayna üçün əsas olacaq"

28 Fevral 2022 07:31

Böyük Britaniyanın baş naziri Boris Conson və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hakimiyyəti rəhbərinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, London Kiyev hakimiyyətinə silah tədarük etmək vədinə sadiq olduğunu bildirib:

"Prezident Zelenski hesab edir ki, növbəti 24 saat Ukrayna üçün əsas olacaq. Baş nazir bildirib ki, o, Böyük Britaniya və müttəfiqlərinin müdafiə yardımlarının Ukraynaya çatdırılması üçün əlindən gələni edəcək. Liderlər yaxın təmasları davam etdirməyə razılaşdılar, Baş nazir Britaniyanın Ukraynanın suverenliyinə güclü dəstəyini bir daha təkrarlayıb".

Milli.Az