G7 ölkələri Ukraynaya əlavə silah yollayacaqlar

28 Fevral 2022 00:05

"Böyük yeddilik" (G7) ölkələri Ukraynaya müdafiə silahlarının tədarükünü davam etdirmək və Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "G7" xarici işlər nazirlərinin bu gün keçirilən görüşünün yekunlarına dair Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Liz Trass bildirib.

"Biz Ukraynaya müdafiə silahları və texnikası tədarükünü davam etdirməyə, Rusiya iqtisadiyyatını zəiflətmək üçün sanksiyaları artırmağa razılaşdıq", - deyə L.Trass öz "Twitter" səhifəsində yazıb.

Milli.Az