Erməni mətbuatı iddia edir ki, guya müharibədən əvvəl Ukrayna zavodları Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus bir neçə MiQ-29 qırıcı təyyarələrini əsaslı təmir edərək modernləşdirirmiş.
Rusiya ordusunun fevralın 24-də Ukraynaya qarşı başladığı hava hücumları zamanı isə həmin zavodların birində təmirdə olan Azərbaycanın 4 MiQ-29 təyyarəsi vurulub.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, adının açıqlanmasını istəməyən mənbə bildirib ki, həmin tarixdə Azərbaycanın heç bir təyyarəsi Ukrayna zavodlarında təmirdə olmayıb.
"Bu, erməni mətbuatının növbəti feyk xəbəridir", deyə mənbə yekunlaşdırıb.
Milli.Az