Rusiyalı iş adamlarını yeni sanksiyalar gözləyir

27 Fevral 2022 22:51

Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatla əlaqədar Rusiyanın iş adamlarına və elitasının nümayəndələrinə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

"Biz qara siyahıya oliqarxları da əlavə etməklə onu genişləndirəcəyik. Sistemdən mənfəət qazanan elitanı hədəfə alacağıq", - deyə J.Borrel qeyd edib.

Milli.Az