Orxan Xarkova qonaq getmişdi, atışmada həlak oldu - FOTO

27 Fevral 2022 22:33

Ukraynanın Xalq rəssamı Katib Məmmədov bu gün Xarkovda küçədə atışma zamanı qardaşı oğlu Qoşqar Məmmədovun güllələndiyini təsdiqləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xarkova qonaq gəlmiş Q. Məmmədov silahsız, mülki şəxs olduğu halda ona atəş açılıb və o, həyatını itirib.

Hazırda Azərbaycanın Xarkovdakı konsulluğunun da dəstəyi ilə Q. Məmmədovun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də bu gün Q. Məmmədovun nəşinin imkan yaranan ilk fürsətdə Azərbaycana göndərilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.

Milli.Az