Avropa İttifaqı ilk dəfə silah üçün pul verəcək

27 Fevral 2022 22:32

"Biz Ukraynaya dəstəyimizi gücləndiririk."

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mətbuat konfransında deyib.

"Aİ ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə silah və texnikanın alınmasını və çatdırılmasını maliyyələşdirəcək. Biz Kremlə qarşı sanksiyalarımızı gücləndiririk", - Avropa Komissiyasının prezidenti deyib.

Milli.Az