Ukraynanın xarici işlər naziri Dmitri Kuleba G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, diplomat bu barədə Tvitterdə məlumat verib.
Nazir bildirib ki, G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşdə Ukraynaya daha praktik müdafiə vasitələrinin göndərilməsi müzakirə edilib. Həmçinin maliyyə yardımı barədə müzakirələr aparılıb.
Milli.Az