Avropa İttifaqı Rusiya üçün hava məkanını tamamilə bağlayır

27 Fevral 2022 21:29

Avropa İttifaqı Rusiya üçün hava məkanını tamamilə bağlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün "Twitter" səhifəsində yazıb.

"Biz Aİ hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq. Onlar Aİ ərazisinə enə, qalxa və ya uça bilməyəcəklər", - məlumatda bildirilir.

Qadağanın şəxsi təyyarələrə də şamil edildiyi vurğulanır.

Milli.Az