Kiyevdə olan azərbaycanlı müğənni oradakı vəziyyətdən yazdı

27 Fevral 2022 20:11

Rusiyada məşhurlaşan əslən azərbaycanlı olan müğənni Jah Khalib (Bəxtiyar Məmmədov) hazırda Ukraynada olduğunu bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Kiyevdə qalan ifaçı bunla bağlı paylaşım edib. O, Ukraynadakı müharibə şəraitindən yazıb.

"Biz yerimizdəyik, Kiyevdəyik. Salamat, sağlam, sakit. Heç yerə getmirik. Ukraynalılar, indi mən sizi nəinki sevirəm, hətta sizə heyranam".

Qeyd edək ki, Jah Khalib müsahibələrindən birində Moskvadan Kiyevə köçdüyünü açıqlamışdı.

Milli.Az