Çavuşoğlu və Lavrov Ukraynadakı vəziyyəti müzakirə edib

27 Fevral 2022 20:08

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tərəflər Ukraynadakı humanitar vəziyyəti, o cümlədən atəşkəs və vətəndaşların təxliyəsini müzakirə edib.

M.Çavuşoğlu həmçinin ATƏT-in baş katibi Helqa Mariya Şmidlə də telefon danışığı aparıb.

Müzakirələrdə Ukraynadakı humanitar vəziyyətə toxunularaq, atəşkəsin əldə olunması vacibliyiq qeyd olunub.

Milli.Az