Türkiyə və Rusiya XİN başçıları Ukrayna barədə müzakirə aparıb

27 Fevral 2022 18:06

Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, M. Çavuşoğlu və S. Lavrov telefon danışığı zamanı Ukraynadakı humanitar durumu müzakirə ediblər.

Eyni zamanda Ukraynada sülhün təmin edilməsi də müzakirə olunub.

Milli.Az