Yoluxanların sayı açıqlandı

27 Fevral 2022 15:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1041 yeni yoluxma faktı qeydə alınıb, 2 693 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

Milli.Az