Ukrayna Rusiyanı Haaqa Məhkəməsinə verdi

27 Fevral 2022 15:12

Ukrayna Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Tvitter səhifəsində yazıb. 

"Rusiya təcavüzünə haqq qazandırmaq üçün soyqırımı anlayışı ilə manipulyasiya etdiyinə görə məsuliyyət daşımalıdır. Biz Rusiyanın hərbi fəaliyyətini indi dayandırmasını tələb edən təcili qərarın verilməsini xahiş edirik və məhkəmələrin gələn həftə başlamasını gözləyirik", - Zelesnki qeyd edib.

Milli.Az