Ukraynanı "Avroviziya-2022" mahnı müsabiqəsində təmsil edəcək "Kalush Orchestra" qrupu vətənlərini qorumaq üçün döyüşlərə qoşulublar.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, qrup bu barədə İnstaqramın hekayə bölməsində hərbi geyimdə və silahla çəkilən görüntülərini paylaşaraq məlumat verib.
Qeyd edək ki, mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçirilməsi planlaşdırılan müsabiqədə "Kalush Orchestra" qrupu Ukraynanı "Stefania" adlı mahnı ilə təmsil edəcək.
Milli.Az