Ermənistana Ukraynanın qələbəsi lazımdır. Rusiya Ukraynada öz məqsədinə nail ola bilməsə, Ermənistan ən azı nominal olaraq müstəqil qalmağa ümid edə bilər.
Milli.Az Konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasətçi Ara Papyan bildirib
O bildirib ki, Ukraynanın ruslar tərəfindən işğal edildiyi və ittifaq dövlətinin tərkib hissəsi kimi Rusiyaya birləşdirildiyi an Ermənistan da bir neçə ay ərzində eyni, bir az da ölümcül aqibətlə üzləşəcək. Ukraynada indi nə Fransanın, nə də Hollandiyanın taleyi həll olunur. Ukraynada Belarus, Qazaxıstan, Moldova, Gürcüstan və Ermənistanın taleyi həll olunur.
Milli.Az