Vitali Kliçkodan yeni müraciət: Kiyevdə vəziyyət necədir? - VİDEO

27 Fevral 2022 09:57

Kiyev meri Vitali Kliçko Ukrayna vətəndaşlarına yeni video müraciət ünvanlayıb.

Kiyev meri bildirib ki, paytaxtda vəziyyət mürəkkəb və gərgindir.

"Kiyevdə diversiya qrupları fəaliyyət göstərir. Bu gün toqquşmalar baş verib. Bəzi rayonlarda toqquşmalar indi də davam edir", - Kiyev meri söyləyib.

Vitali Kliçko, həmçinin paytaxtda toqquşmalar başlayandan bəri biri uşaq olmaqla altı mülki şəxsin həlak olduğunu, 71 nəfərin yaralandığını bildirib.

"Yaralananlardan 25-i mülki şəxsdir", - Vitali Kliçko deyib.

Milli.Az